Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappenin qardaşı İtan Mbappe Paris təmsilçisi ilə peşəkar müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
3 illik sözləşməyə qol çəkən 14 yaşlı futbolçu gənclər komandasında çıxış edəcək. PSJ İtanla yanaşı, digər gənc oyunçu Senni Mayulunu da əvəzedici komandaya cəlb edib.
 
Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest