İspaniya Futbol Federasiyası Kral kubokunda səfər qolu qaydasını ləğv edib. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Daha əvvəl UEFA öz bayrağı altında keçirilən yarışlarda sözügedən qaydanın ləğvinə dair qərar çıxarıb.
 
Qeyd edək ki, yeni qaydaya əsasən, qol sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest