"Sumqayıt"ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Serbiya "çukariçki"si Sloveniyada təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, sözügedən komanda burada dörd yoxlama matçı keçirəcək.
 
Serbiya klubunun rəqiblərindən biri eyni mərhələdə "Qarabağ"a qarşı oynayacaq İsrail "Aşdod"u olacaq. Bu komandaların görüşü iyulun 7-də baş tutacaq.
 
Qeyd edək ki, "çukariçki" Sloveniyanın "Radomlje" və "Olimpiya", Rusiyanın "Arsenal" (Tula) klubları ilə də yoxlama oyununda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest