Türkiyənin "Yeni Malatyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunun müdafiəçisi Ussama Haddadini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
 
Ussama Haddadi karyerasına Tunisin "Klub Afrikan" komandasında başlayıb. 2017-2019-cu illər aralığında isə o, Fransanın "Dijon" klubunun uğurları üçün çalışıb. 2019-cu ildən "Əl-İttifaq"da çıxış edən müdafiəçi, geridə qalan mövsümü icarə əsasında Türkiyənin "Kasımpaşa" klubunda keçirib. 
 
Haddadi həm də Tunis milli komandasının üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest