Azərbaycan kubokunun qalibi "Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu sabiq hücumçusu Amil Yunanovu transfer edib.
 
Geridə qalan mövsümü "Səbail"də keçirmiş Amil azad agent statusu daşıyırdı. O, köhnə-yeni klubu ilə 1 illik müqaviləyə imza atıb. "Keşlə"nin bu transferi qısa zaman içində rəsmən açıqlaması gözlənilir.
 
Qeyd edək ki, Amil Yunanov 2018/19 mövsümünü məhz "Keşlə"də keçirib. Azərbaycan millisində də oynamış 28 yaşlı futbolçu, "Qəbələ", "Neftçala", "Rəvan" və "Sumqayıt"ın da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest