İngiltərə milli komandasında baş məşqçi Qaret Sautqeytə yeni müqavilə təklif olunacaq. Matc.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) icraçı direktoru Mark Bullinqem "The Times" nəşrinə açıqlamasında deyib:
 
"Sautqeytlə müqaviləni yeniləmək istəyirik. Möhtəşəm iş görür və bizim ona etimad etdiyimizi bilir. Aç-2020-dən sonra onunla danışıqlara başlayacağıq".
 
Sautqeyt 2016-cı ildən İngiltərə yığmasını çalışdırır. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.
 
İngiltərə milli komandası Aç-2020-nin 1/8 final mərhələsində Almaniya ilə qarşılaşacaq. Oyun iyunun 29-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest