"Neftçi" PFK cinah yarımmüdafiəçisi Stiven Jozef-Monroz ilə başa çatan müqaviləni yeniləməyib. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Fransalı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
 
Qeyd edək ki, Monroz "Neftçi"də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest