"Barselona" yeni transferi Memfis Depaya 400 milyon avro qiymət qoyub. Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 
 
Kataloniya təmsilçisinin məlumatı təsdiqlədiyi bildirilib. Onun müqaviləsində təzminat qiyməti olaraq sözügedən məbləğ qeyd olunub.
 
Xatırladaq ki, "Barselona" niderlandlı hücumçu ilə 2024-cü ilin iyununa kimi müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest