çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, 5-ci yer uğrunda mübarizə aparmaq üçün İsveçrə yığması ilə qarşılaşan komandamız 5:6 hesabı ilə məğlub olub.
 
Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev, Amid Nəzərov, Elçin Qasımov və Ramil Əliyev fərqlənib.
 
Komandamız 7-8-ci yer uğrunda İtaliya millisi ilə qarşılaşacaq. Sözügedən qarşılaşma bu gün baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest