"Qarabağ" yarımmüdafiəçisi Filip Ozobiç ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
 
Xorvatiyalı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2 ildir.
 
Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışır. 30 yaşlı futbolçu ondan öncə iki il "Qəbələ"nin də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest