Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Maşinsazi" doğma meydanda "Nassaji Mazandaran" ilə qarşılaşıb. Təbriz təmsilçisi bu oyundan məğlub ayrılıb - 0:2.
 
Təbrizin daha ünlü təmsilçisi "Traktor" isə səfərdə "Şəhr Xodru" ilə üz-üzə gəlib. "Traktorçular" da turu məğlubiyyətlə başa vurublar – 1:2.
 
Hazırda 33 xalı olan "Traktor" 16 kollektiv arasında 7-ci, 11 xala malik "Maşinsazi" isə sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest