Türkiyənin "Rizəspor" klubu iki futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Abdullah Durak və Mikolo Morozyukla vidalaşıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə müqavilənin müddəti başa çatdığı üçün, onlarla yeni sözləşmə imzalanmayıb. Klub oyunçulara göstərdikləri xidmətə görə təşəkkür edib, bundan sonrakı karyeralarında uğurlar arzulayıb.
 
Abdullah Durak geridə qalan mövsümdə "Rizəspor"da 29 oyuna çıxıb, 1737 dəqiqə meydanda olub. Ukraynalı Morozyuk isə 33 matça çıxıb, 2701 dəqiqə mübarizə aparıb.
 
"Rizəspor" bir müddət öncə Brayan Xose Samudio Seqoviya və Tunay Torunla da vidalaşdığını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest