Futbol üzrə Gürcüstan çempionatında 20-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Tiflis "Lokomotiv"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
 
Vüqar bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı futbolçunun adı bu görüşün iştirak ərizəsində də yer almayıb.
 
Qeyd edək ki, "Telavi" cari mövsümdə keçirdiyi 20 oyunda cəmi 18 xal toplayıb və 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest