Futbol üzrə Amerika Kuboku davam edir. Matc.az xəbər verir ki, bu gün B qrupunda mübarizəyə yekun vurulub.
 
Turnirə ev sahibliyi edən Braziliya yığması sonuncu matçında Ekvadorla qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib.
 
Peru yığması isə Venesuela ilə dueldən minimal hesabla qalib ayrılıb.
 
Bu nəticələrdən sonra Venesuela yığması qrup sonuncusu olub və mübarizəni dayandırıb. İlk dörd pilləni tutan digər komandalar isə növbəti mərhələyə vəsiqə qazanıblar.
 
Amerika Kuboku
B qrupu
28 iyun
 
Braziliya – Ekvador
Qol: Militao, 37 – Mena, 53.
 
Venesuela – Peru 0:1
Qol: Karrilyo, 48.
 
Braziliya – 10, Peru – 7, Kolumbiya – 4, Ekvador – 3, Venesuela – 2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest