Futbol üzrə Portuqaliya milli komandasının müdafiəçisi Pepe Avropa çempionatlarının tarixinə düşüb.
 
Matc.az xəbər verir ki, təcrübəli müdafiəçi pley-off mərhələlərində forma geyinmiş ən qoca oyunçu (qapıçılar xaric) ünvanına sahib çıxıb.
 
O, buna 38 yaş 121 günündə ikən Belçikaya qarşı keçirdikləri 1/8 final oyununun start heyətində yer almaqla nail olub.
 
Qeyd edək ki, Portuqaliya yığması bu oyunda 0:1 hesabıyla uduzmaqla mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest