Moldovalı tanınmış məşqçi İlie Karp 60 yaşında vəfat edib. Matc.az xəbər verir ki, Karp ölkəsində Pro lisenziyası alan ilk mütəxəssislərdəndir. O, həmçinin 4 ölkədə - Moldova, Azərbaycan, Qazaxıstan və Belarusda çalışmış yeganə moldovalı baş məşqçidir.
 
Moldovanın müxtəlif yaş qrupları üzrə yığmalarına da rəhbərlik etmiş Karp 2006-cı ilin oktyabrından 2007-ci ilin fevralınadək Sumqayıtın "Gənclərbirliyi" klubunun sükanı arxasında olub. Mərhum mütəxəsssis həmin vaxt klubdakı maliyyə problemləri və bir qrup futbolçu ilə münaqişəsi üzündən istefa verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest