Paytaxt təmsilçisi avrokuboklara çempion kimi qatıldığı üçün 260 min alacaq. Çempionlar Liqasının I təsnifat mərhələsindəki iştirak isə komandaya əlavə 280 min gətirəcək.

Avrokubokların 2021/22 mövsümündəki pul mükafatlarının bölgüsü açıqlanıb. Matc.az xəbər verir ki, qitə miqyaslı turnirlərdə iştirak edəcək Azərbaycan klublarının da qazancı bəlli olub. ölkə çempionu "Neftçi" digər komandalarımızla müqayisədə daha çox qazanıb. "Ağ-qaralar" artıq 540 min avronu təmin edib.

Paytaxt təmsilçisi avrokuboklara çempion kimi qatıldığı üçün 260 min alacaq. çempionlar Liqasının I təsnifat mərhələsindəki iştirak isə komandaya əlavə 280 min gətirəcək.

Bakılılar Tbilisi "Dinamo"sunu adlasa, II təsnifat mərhələsində iştiraka görə daha 380 min qazana bilər.

Yeni yaradılan Konfrans Liqasında klubların qazancı daha aşağıdır. Burada iştirak edəcək təmsilçilərimiz "Qarabağ", "Keşlə" və "Sumqayıt" II təsnifat mərhələsində qüvvəsini sınayacaq. Bu raundda iştirak hər kluba 260 min avro gətirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest