Türkiyənin "Göztəpə" klubu beş futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
İzmir klubu Lamine Qassama, Stefano Napoleoni, Peter Jul, Anderson Esiti və Fusseni Diabate ilə vidalaşıb. Futbolçuların hər birinə xidmətlərinə görə təşəkkür edilib, onlara gələcək karyeralarında uğurlar arzulanıb.
 
Qeyd edək ki, bu futbolçulardan yalnız birinin – Peter Julun karyerasını "Başakşəhər"də davam etdirəcəyi bəllidir. Digərlərinin taleyinə daha sonra aydınlıq gələcək. Bu gedənlərin əvəzində "Göztəpə" sadəcə, "Altınordu"nun mərkəz müdafiəçisi Kahraman Demirtaşı transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest