Türkiyənin "Rizəspor" klubu baş məşqçisi Bülent Uyğun ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
49 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti 3 ildir. İmza mərasimində klubun yeni prezidnti Tahir Kıran və Bülent Uyğun iştirak edib.
 
Qeyd edək ki, Bülent Uyğun geridə qalan mövsümün gedişində "Rizəspor"a baş məşqçi təyin olunmuşdu. Məhz onun gəlişindən sonra komanda dirçəlişə keçmiş və elitadakı yerini qorumuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest