"Fənərbaxça"nın qapıçısı Harun Tekin İstanbul təmsilçisindən ayrılıb. Matc.az xəbər verir ki, 32 yaşlı qolkiper bundan sonrakı karyerasını "Kasımpaşa"da davam etdirəcək.
 
Bu barədə onun yeni klubu məlumat yayıb. Təcrübəli qolkiperlə 2 illik müqavilə imzalanıb. "Fənərbaxça" ilə müqaviləsinin müddəti bu yay bitən futbolçu "Kasımpaşa"ya azad agent statusunda keçib.
 
Qeyd edək ki, Harun Tekin 2018/19 mövsümündə "Bursaspor"dan 3 milyon avro qarşılığında "Fənərbaxça"ya keçmişdi. O, İstanbul təmsilçisinin heyətində cəmi 47 matça çıxıb. Bu görüşlərdə 51 qol buraxan qolkiper, cəmi 18 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest