Türkiyədə təlim-məşq toplanışında olan "Sabah" bu gün ilk yoxlama oyununu keçirib. Matç.az xəbər verir ki, Elşad Əhmədovun baş məşqçisi olduğu komanda Türkiyə "Əskişəhərspor"u ilə görüşüb.

Antalyadakı matç Bakı vaxtı ilə saat 16:30-da başlayıb. Görüş "İC Santai" otelinin meydançasında baş tutub. Yanvarın 2-dən qonşu ölkədə olan paytaxt təmsilçisi bu görüşlə 2019-cu ilə start verib.

Matç isə "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 68-ci dəqiqədə Emil Qasımovun vurduğu qol oyunda yeganə olub.

Toplanışda daha 3 matça çıxacaq bakılıların növbəti qarşılaşmasını yanvarın 16-da keçirəcək. Təmsilçimiz Qazaxıstan "Tobol"u ilə üz-üzə gələcək.

Yoxlama oyunu

12 yanvar

"Sabah" (Azərbaycan) – "Əskişəhərspor" (Türkiyə) - 1:0

Qol: Emil Qasımov, 68

"Sabah": 30. Saşa Stamenkoviç, 77. Şakir Seyidov, 13. Filip İvanoviç, 5. Kərim Diniyev, 25. Vanderson Silva, 17. Təmkin Xəlilzadə, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 6. Vadim Abdullayev, 7. Rəşad Eyubov, 9. Marko Deviç.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 10. Cavid İmamverdiyev, 19. Məqsəd İsayev, 11. Elgün Nəbiyev, 4. Tərzin Cahangirov, 33. Eltun Turabov, 97. Emil Qasımov, 12. Zahid Mərdanov, 21. Novruz Məmmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest