Türkiyənin "Yeni Malatyaspor" klubu müdafiəçisi Tineyc Hadebe ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Zimbabve yığmasının da üzvü olan futbolçunu ABŞ-ın "Hyuston Dinamo" klubuna satıb.
 
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Super Liqa təmsilçisi futbolçunun 1.5 milyon avro qarşılığında "Hyuston Dinamo"ya keçdiyini açıqlayıb.
 
Qeyd edək ki, Hadebe 2019/20 mövsümünün əvvəlindən "Yeni Malatyaspor" klubunda çıxış edirdi. O, Malatya təmsilçisində geridə qalan iki mövsüm ərzində 53 Super Liqa, 6 Türkiyə kuboku və 1 Avropa Liqası matçına çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest