Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də yerli "Olimpiya" komandası ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə "Domjale"yə 1:2 hesabı ilə uduzub.

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komanda Moskva "Spartak"ı ilə üz-üzə gəlib.
 
Rusiya təmsilçisi ilə görüş Avstriyanın Fillax şəhərindəki "Sportzentrum Landskron"da baş tutub. Qarşılaşmanın taleyini ilk hissədə vurulan qollar həll edib. üç qolun qeydə alındığı matç "Neftçi"nin qələbəsiylə yekunlaşıb.
 
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də yerli "Olimpiya" komandası ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə "Domjale"yə 1:2 hesabı ilə uduzub.
 
Yoxlama oyunu
29 iyun
 
"Neftçi" – "Spartak" (Moskva) 2:1
Qollar: Namiq Ələsgərov, 9. Harramiz, 45+2 - Mixail İqnatov, 44.
Avstriya, "Sportzentrum Landskron" stadionu.
 
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov (37. Vüsal Əsgərov, 76), 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli (22. Mirabdulla Abbasov, 72), 11. Harramiz, 20. Mert çelik (26. ömər Buludov, 43), 24. Yusuf Laval, 29. Sabir Buqrin (97. Xəyal Nəcəfov, 46), 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 94. Əlirza Müştəbəzadə.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest