Braziliyada təşkil olunmuş futbol üzrə Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, mərhələnin sonuncu günündə A qrupu çərçivəsində iki görüş baş tutub.
 
Argentina yığması bu dəfə qrupun aşkar autsayderi Boliviya ilə qarşılaşıb və rəqibini böyük hesabla məğlub edib. Qrupun digər matçında Uruqvay Paraqvayı minimal hesabla üstələyib.
 
Bu nəticələrdən sonra Boliviya yığması qrup sonuncusu olub və mübarizəni dayandırıb. İlk dörd pilləni tutan digər komandalar isə növbəti mərhələyə vəsiqə qazanıblar.
 
Amerika Kuboku
B qrupu
29 iyun
 
Boliviya – Argentina 1:4
Qol: Savedra, 60 – A.Qomes, 6. L.Messi, 33; 42. L.Martines, 65.
 
 
Uruqvay – Paraqvay 1:0
Qol: Kavani, 21-pen.
 
Argentina – 10, Uruqvay – 7, Paraqvay – 6, çili – 5, Boliviya – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest