Geridə qalan mövsümdə "Lill"i Fransa çempionu edən, lakin mövsüm bitən kimi bu klubdan ayrılan Kristof Qaltye özünə yeni iş yeri tapıb. 
 
Matc.az xəbər verir ki, o, bundan sonra Liqa 1-in digər təmsilçisi "Nitsa"nı çalışdıracaq.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 54 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib. 
 
"Nitsa"nı geridə qalan mövsümdə rumıniyalı Adrian Ursea çalışdırırdı. Komanda onun rəhbərliyi altında Liqa 1-in geridə qalan mövsümün 9-cu sırada başa vurmuşdu.
 
Qaltye isə 2017-ci ildən "Lill"i çalışdırırdı. O, 2009-2017-ci illər aralığında da "Sent-Etyen"ə rəhbərlik etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest