"Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov klubun saytına açıqlama verib. Matc.az xəbər verir ki, Abbas Hüseynov hazırlıq prosesindən və yeni mövsüm üçün hədəfləri barədə danışıb:
 
"Hazırlığımız yaxşı keçir. Toplanışın ilk günlərində fiziki məşqlərə üstünlük verilir. Məşqlərdə istəkli və həvəsliyik. Komandada yüksək motivasiya var. "Keşlə" ilə yoxlama görüşümüz yaxşı keçdi. Yoxlama matçı olsa da, meydana motivasiyalı çıxmışdıq. Düzdür, çatışmayan cəhətlərimiz var idi. Bunu da təlim-məşq toplanışında aradan qaldırmağa çalışacağıq. üzərimizdə çalışıb, daha yaxşı səviyyəyə qalxmaq istəyirik. Hazırlığa yeni başladığımız üçün komandamız hələ tam formada deyil. Növbəti yoxlama oyunları bizə faydalı olacaq. 
 
ötən mövsüm Premyer Liqada 2-ci olduq. Ancaq bu mövsüm hədəfimiz ölkə çempionu olmaqdır. Bunun üçün də çox çalışmalıyıq. Konfrans Liqasında "Aşdod"la qaşılaşacağıq. Bilirik ki, İsrail klubları zəif olmur. Rəqibi analiz edirik. çalışacağıq ki, mərhələ keçən tərəf olaq. Bu mövsüm qələbələrimizlə azarkeşlərimizi sevindirmək istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest