"Mançester Siti" klubu futbolçusu Fernandinyonun müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
 
Fernandinyo ilə yeni müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
 
36 yaşlı futbolçu 2013-cü ildən "Mançester Siti"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest