Türkiyənin "Rizəspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Başakşəhər"dən Cemali Serteli transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu bir illik icarəyə götürülüb.
 
Sol cinah müdafiəçisi olan Cemali Sertel, 2019-cu ildən "Başakşəhər"də çıxış etsə də, əsas heyətə düşməkdə çətinlik çəkirdi. Halbuki o, 2018-2019 mövsümündə "Əskişəhərspor"da əsas heyət üzvlərindən biri idi. Hansı ki, o, peşəkar karyerasına da məhz bu komandada başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest