"Neftçi" sol cinah müdafiəçisi Tallison Diasla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Braziliyalı oyunçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
 
Qeyd edək ki, ötən ilin yayında "Neftçi"yə transfer olunmuş Tallison 22 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest