"Qarabağ"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aşdod" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İsrail təmsilçisi "Makkabi"dən (Hayfa) ayrılan hücumçu Qay Dahanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dahanla imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Dahan ötən mövsüm icarə əsasında "Hapoel"də (Afula) çıxış edib. Hücumçu bu komanda ilə 40 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə edib.
 
"Qarabağ" "Aşdod"la ilk oyunu iyulun 22-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da İsraildə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest