Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə" ilə qarşılaşacaq "Soçi" bir neçə futbolçusu ilə müqaviləni yeniləyib.
 
Matc.az xəbər verir ki, Rusiya təmsilçisi Soslan Canayev, Kristian Noboa, Artur Yusupov, İbrahim çallaqov, Kirill Zayka və Maksim Barsovun sözləşməsinin müddətini artırıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma futbolçularla imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
"Keşlə" "Soçi" ilə ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest