"Nə qədər qol buraxsan, o qədər də vurmalısınız. Heç-heçə olsa, əlavə vaxtda da qalib bilinməsə, penaltilərə getməlisən"

Serbiyanın "çukariçki" komandasının müdafiəçisi Miladin Stevanoviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyunlar barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 25 yaşlı serb futbolçu bunları söyləyib:
 
"Azərbaycanda möhtəşəm futbol oynanıldığına dair dilemmam yoxdur. Bir dəfə "Neftçi"yə qarşı "Partizan" forması ilə çıxış etmişəm. Həmin görüşləri yaxşı xatırlayıram. Azərbaycan təmsilçiləri maraqlı komandalardır. Sürətli oyunçulara qarşı matç asan olmayacaq. Püşkatmada daha yaxşı və ya pis nəticə əldə edə bilərdik. Diqqətli olmalıyıq. İstedadımıza inanaraq qələbə qazanmaq öz əlimizdədir. Cavab matçından əvvəl vəziyyəti özümüz üçün asanlaşdıra bilərik".
 
Stevanoviç səfər qolu qaydasının ləğv edilməsini ədalətli qərar adlandırıb: "Evdə və ya səfərdə oynanılmasının fərqi yoxdur. Nə qədər qol buraxsan, o qədər də vurmalısınız. Heç-heçə olsa, əlavə vaxtda da qalib bilinməsə, penaltilərə getməlisən".
 
Qeyd edək ki, "çukariçki" və "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest