Futbol üzrə İngiltərə millisinin sabiq müdafiəçisi Stiven Koker karyerasını Türkiyənin "Fənərbaxça" klubunda davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
2019-cu ildən Türkiyənin digər klubu "Alanyaspor"da forma geyinən 29 yaşlı ingilis futbolçu ilə razılıq əldə olunub. Qısa zamanda İstanbula gələcək Koker, tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atılacaq.
 
2019-cu ilin əvvəlində "Alanyaspor"a transfer olunan Koker, bu komandada keçirdiyi 2.5 mövsüm ərzində 90 rəsmi matça çıxıb. İngilis stopper bu görüşlərdə 6 qol da vurub.
 
Koker karyerası ərzində "Liverpul", "Sauthempton", "Suonsi Siti", "Tottenhem", "Bristol Siti", "Kardiff Siti", "Yeovil Taun" və KPR klublarında da forma geyinib.
 
"Fənərbaxça" daha öncə Serdar Dursunu heyətinə qatmışdı.
 
Yeri gəlmişkən, "Alanyaspor" Kokerlə yanaşı, Yunanıstandan olan müdafiəçisi Georgios Tsavellasla da yollarını ayırıb. 33 yaşlı futbolçu karyerasını AEK-də davam etdirəcək. Yunanıstan millisinin sabiq üzvü 2017-ci ildən Alanya təmsilçisinin uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest