Türkiyənin "Alanyaspor" klubu 8 futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Alanya təmsilçisini tərk edən futbolçular bunlardır: Ceyhun Gülselam, Salih Uçan, Stiven Koker, Adam Bareyro, Fransua Mubandje, Damian Kadzior, Alpay çelebi və Hasan Hüseyin Acar.
 
Klub bu oyunçuların hamısına xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
 
Qeyd edək ki, "Alanyaspor"un vidalaşdığı futbolçulardan Stiven Kokerin karyerasını "Fənərbaxça"da davam etdirəcəyi artıq dəqiqdir. İstanbul təmsilçisi ingilis stopperin tezliklə tibbi müayinədən keçib, rəsmi müqaviləyə imza atacağını açıqlayıb.
 
Salih Uçan isə karyerasını "Beşiktaş"da davam etdirəcək. Həm futbolçu özü, həm də klub rəhbərliyi ilkin razılıq əldə etdiklərini bəyan etsələr də, hələ rəsmi müqavilə imzalanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest