Yeni mövsümə hazırlığını davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Sumqayıt"la qarşılaşıb. "Azərsun Arena"da keçirilən oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
"Qarabağ" bundan əvvəlki yoxlama oyununda "Keşlə"ni darmadağın edib – 7:0.
 
Yoxlama oyunu
30 iyun
 
Qarabağ – Sumqayıt 3:1
Qol: İsmayıl İbrahimli, 25. Seyhan Fərəcov, 55. Filip Ozobiç, 86 - Rəhim Sadıxov, 40.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest