İngiltərənin "Tottenhem" komandasının yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Nuno Espirito Santo çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, "Tottenhem"i geridə qalan mövsümdə bu yay İtaliyanın "Roma" klubu ilə müqavilə bağlayan Joze Mourinyo çalışdırırdı. Lakin o, mart ayında istefaya göndərilmiş və komanda müvəqqəti olaraq Rayan Meysona tapşırılmışdı. London təmsilçisi Premyer Liqada geridə qalan mövsümü 7-ci pillədə başa vurub və Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb.
 
Nuno Espirito Santo isə son olaraq Premyer Liqanın digər təmsilçisi "Vulverhempton"u çalışdırıb. O, 2017-ci ildən bu komandaya rəhbərlik edirdi. 47 yaşlı məşqçi əvvəllər "Rio Ave", "Valensiya" və "Portu"da da baş məşqçi kimi çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest