İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Vinçentso İtalyano çalışdıracaq.
 
Bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb. 43 yaşlı italiyalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, "Fiorentina" geridə qalan mövsüm bitən kimi baş məşqçi postuna Cennaro Qattuzonu gətirmişdi. Lakin o, heç bir ay tamam olmamış klub rəhbərliyi ilə fikir ayrılığına görə istefa vermişdi.
 
Vinçentso İtalyano 2019-cu ildən "Spetsiya"nı çalışdırırdı. Onun rəhbərlik etdiyi bu komanda A Seriyasında geridə qalan mövsümü 15-ci sırada bitirib. "Fiorentina" isə son mövsümü 13-cü pillədə başa vurub. 
 
İtalyano ötən ay "Spetsiya" ilə 2 illik yeni müqaviləyə imza atmışdı. Böyük ehtimalla "Fiorentina" bu keçidə görə sözügedən kluba təzminat ödəməli olacaq. Lakin bu barədə rəsmi məlumat verilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest