Futbol üzrə İtaliya millisinin sabiq müdafiəçisi Salvatore Bokketti karyerasını başa vurub. Matc.az xəbər verir ki, 34 yaşında futbolçu karyerasını bitirməyə qərar verən mərkəz müdafiəçisi, bunu sosial şəbəkə hesabında açıqlayıb.
 
"Askoli"nin yetirməsi olan Bokketti, peşəkar karyerasına da bu komandada başlayıb. Lakin o, həmin dövrdə "Lansiano" və "Frozinone" klublarına icarəyə də verilib. 2007-ci ildə isə "Frozinone" onun transfer hüquqlarını alıb. 2008-2010-cu illər aralığında "Cenoa"da çıxış edən futbolçu, 2010-cu ildə Rusiyanın "Rubin" klubuna transfer olunub. üç il Kazan təmsilçisində forma geyinən müdafiəçi, 2013-cü ildə Moskva "Spartak"ına üz tutub. 2019-cu ilə qədər bu komandada forma geyinən Bokketti, 2015-də qısa müddət "Milan"da icarədə də oynayıb.
 
2019-cu ildə vətəninə dönən italiyalı futbolçu, əvvəlcə "Verona"da oynayıb. ötən il isə o, "Peskara"da icarədə olub. İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Salvatore, ölkəsinin əsas millisində cəmi 5 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest