Sabah" klubla müqavilə müddəti bitən Ramil Şeydayevlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı bakılıların saytı yayıb. 25 yaşlı hücumçu 2020-ci ilin fevral ayından komandanın üzvü idi.
 
Şeydayev "Sabah"da keçirdiyi 29 oyunda 6 qola imza atıb.
 
Artıq Ramilin yeni ünvanı da bəllidi. Millimizin futbolçusu "Qarabağ"a üz tutacaq. Yaxın saatlara Ağdam klubu keçidi açıqlayacaq.
 
Şeydayev daha əvvəl 2017/18 mövsümündə "Qarabağ"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest