UEFA çempionlar Liqasında sabah – oktyabrın 3-də ilk oyununa çıxacaq "Araz" Litva çempionu "Vitis" ilə qarşılaşacaq. Matç.az saytı xəbər verir ki, artıq oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Bakı vaxtı ilə saat 17:30-da, Slovakiyanın Luçenec şəhərindəki "Sportova Hala Arenada" keçiriləcək görüşün start fitini rusiyalı referi İvan Şabanov verəcək. Oyunun ikinci hakimi almaniyalı Sven Eichler, üçüncü referi isə isveçrəli David Schaerli olacaq

Oktyabrın 4-də, eyni məkanda və saatda "Valletta" ilə keçiriləcək matça isə baş hakim kimi Sven Eiçler təyinat alıb. Ona ikinci referi kimi türkiyəli Kamil çetin, üçüncü hakim kimi İvan Şabanov kömək edəcək.

Oktyabrın 6-da meydan sahibləri ilə keçiriləcək oyuna təyinatlar isə hələ açıqlanmayıb

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest