İtaliyanın "Fiorentina" klubu yarımmüdafiəçisi Frank Riberi ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
38 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib.
 
Qeyd edək ki, Frank Riberi 2019-cu ilin avqustunda Almaniyanın "Bavariya" klubundan "Fiorentina"ya keçmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest