Türkiyənin "Konyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq "Antalyaspor"da forma geyinmiş Serdar Gürleri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında "10" nömrəli formanı geyinəcək.
 
Serdar ötən mövsümün əvvəlindən "Antalyaspor"un uğurları üçün çalışırdı. Fransanın "Soşo" klubunun yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış vinger, 2012-ci ildə Türkiyəyə üz tutub. O, qardaş ölkədə "Elazığspor", "Trabzonspor", "Kayseri Erciyesspor", "Gənclərbirliyi", "Osmanlıspor" və "Göztəpə"də çıxış edib. 2018-2020-ci illər aralığında isə o, İspaniyanın "Hueska" klubunda forma geyinib. Serdar bir müddət Türkiyə yığmasına da dəvət alıb və millidə 7 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest