"Zirə" PFK yeni futbolçu ilə anlaşıb. Matc.az xəbər verir ki, paytaxt klubu Velves Damatsena ilə 1+3 illik müqavilə bağlayıb.
 
Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb. 20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
 
Qeyd edək ki, braziliyalı futbolçu "Lvov"dan başqa Slovakiyanın "Lokomotiva" klubunda da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest