Türkiyənin "Kasımpaşa" klubu heyətini iki yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Ahmet Engin və sol cinah müdafiəçisi Mortada Ben Uanesi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ahmet Engin yeni klubu ilə 2, Mortada Ben Uanes isə 2+1 illik müqavilə bağlayıb.
 
Ahmet Engin Almaniyanın "Duysburq" klubundan transfer olunub. 24 yaşlı vinger 2015-ci ildən yetirməsi olduğu bu klubun uğurları üçün çalışırdı.
 
Mortada Ben Uanes isə Tunisin "Es Sahel" klubundan transfer olunub. 26 yaşlı müdafiəçi daha öncə "CA Bizertin, "US Monastır" klublarında da çıxış edib. "Kasımpaşa"nın yeni transferi Tunis yığmasında da oynayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest