Türkiyənin "Sivasspor" klubu yarımmüdafiəçisi İsaak Kofi ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Qanalı futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb. Tərəflər arasındakı müqavilə bu yaya qədər idi.
 
İsaak Kofi "Sivasspor"a 2019-cu ildə İspaniyanın "Sportinq" (Xixon) klubundan transfer edilib. 29 yaşlı futbolçu geridə qalan mövsümdə bu komandanın heyətində 32 matça çıxıb.
 
Qana millisində də oynamış İsaak Kofi, karyerası ərzində İtaliyanın "Cenoa", "Torino", "Pyaçentsa", "Sassuolo", "Kyevo" və "Karpi" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest