Polşanın "Legiya" klubu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Norveç "Bude-Qlimt"inə qarşı keçiriləcək iki oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Polşanın "Legiya" klubu çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Norveç "Bude-Qlimt"inə qarşı keçiriləcək iki oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
 
Matc.az xəbər verir ki, Varşava təmsilçisində çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli də çempionlar Liqasının oyunları üçün sifariş olunub.
 
"Legiya" çL matçı üçün Mahirlə yanaşı, daha 4 hücumçu sifariş edib. Bunlar Tomaş Pexart, Ernest Muçi, Rafa Lopes və Lukinyasdır.
 
"Legiya" "Bude-Qlimt"lə ilk matçını iyulun 7-də səfərdə keçirəcək. Komandalar arasında cavab oyunu iyulun 14-də Polşada olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest