İtaliyanın "Cenoa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Polşanın "Visla" klubunun hücumçusu Aleksandr Buksanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı polşalı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Buksa "Visla"nın öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında oynamağa başlayıb. Bu müddət ərzində 38 matça çıxan futbolçu, 4 qola da imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest