Azərbaycanlı futbolçu Mahir Emreli Polşanın "Legiya" klubunun heyətində növbəti qollarını vurub.
 
Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu "Yagelloniya" ilə yoxlama oyununda dubla imza atıb. Azərbaycan millisinin üzvü 11-ci və 22-ci dəqiqələrdə fərqlənib. Oyun "Legiya"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Emreli daha əvvəl Avstriya "Bişofshofen"ini 5:0 udduqları matçda het-trik edib, Rusiya "Krasnodar"ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub – 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest