İtaliyanın "Bolonya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Niderland millisinin sabiq hücumçusu Pyer Van Hoydonkun oğlu Sidney Van Hoydonku transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
İtaliya təmsilçisi Sidneyi Niderlandın "NAC Breda" klubundan transfer edib. O, geridə qalan mövsümdə bu komandanın heyətində 11 qola imza atıb. Gənc forvard 2018-ci ildən bu klubun əsas komandasında forma geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest