"Qarabağ" klubu yeni mövsümə hazırlıqların ikinci mərhələsi üçün Avstriyaya yola düşüb. Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Qarabağ" Avstriyada iyulun 7-də Bolqarıstanın çSKA (Sofiya), 11-də Rusiyanın "Arsenal" (Tula), 15-də isə Almaniyanın "Auqsburq" komandası ilə yoxlama oyunu keçirəcək.
 
"Qarabağ" Bakıdakı hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Keşlə"ni 7:0, "Sumqayıt"ı isə 3:1 hesabıyla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest